`Rusiya artıq bizi nəzərə almır` - Erməni tarixçi


00:47     22 Aprel 2017 a0fdb94b-da3a-4554-9488-a1db905be251.jpg

“Rusiyaya verməyə heç nəyimiz olmadığından bizi nəzərə almır”


Ermənistan mətbuatının yaydığı məlumata görə, bunu erməni tarixçi Gevork Yazıçıyan aprelin 21-də Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.

“Türkiyə ilə Rusiya maraqlarının üst-üstə düşməsi Ermənistanı Qarabağ ətrafındakı əraziləri qaytarmağa vadar edər. Bunun əvəzində Rusiya Azərbyacandan yəqin nə isə alacaq. Məsələn, Avrasiya İqtisadi İttifaqına üzv olmasını istəyər. Əgər “Türk axını” həyata keçsə, o zaman Rusiyanın Türkiyədən daha çox istəkləri olacaq. Onlar bizi artıq nəzərə almırlar. Biz onlar üçün artıq faktor deyilik”, - Gevork Yazıçıyan vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1659